AZ

Leonardo Di Kaprio İbizada şəxsi gecədə axtarışdan keçirilib

Polis məşhur aktyoru tanımayıb və onu iki dəfə yoxlayıb...

İbizada keçirilən tekila temalı bir gecəyə giriş zamanı Amerika aktyoru Leonardo Di Kaprio polis tərəfindən tanınmayıb və dostları ilə birlikdə axtarışdan keçirilib.

Poliqon xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.

Hadisə yerindən yayılan görüntülərdə 50 yaşlı aktyorun qara beysbol papağı və futbolka geyimində, əlində telefonla axtarış növbəsini gözlədiyi görünür. Məlumata görə, onu şəxsi villada keçirilən gecəyə buraxmazdan əvvəl iki dəfə axtarıblar. Digər məşhur qonaqlara qarşı da eyni prosedur tətbiq edilib.

Videoda bir qadının “məni aktiv şəkildə axtarırlar” dediyi eşidilir. Həmçinin adada aktyorun sevgilisi, supermodel Vittoria Cerettinin də fotoları çəkilib.

Xəbərdə əlavə olunur ki, ayın əvvəlində müğənni və aktrisa Cennifer Lopez Türkiyədəki bir butikə daxil ola bilməyib. O, İstanbulda qaldığı müddətdə mağazaya xüsusi rezervasiya etdirmişdi, lakin mağazaya çatanda mühafizəçi onu tanımayıb və “hər yer doludur” deyərək içəri buraxmayıb. Lopez isə “problem deyil” deyərək oradan uzaqlaşıb.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr