AZ

Mərkəzi Neftçilər Xəstəxanası fujifilm FDR nano cihazı üçün batareya alır – 11 min manata

“Mərkəzi Neftçilər Xəstəxanası” publik hüquqi şəxsi fujifilm FDR nano cihazı üçün batareya alır.

 

Pravda.az-ın xəbərinə görə, xəstəxana bu məqsədlə 11 033 AZN xərcləyəcək.

 

Satışı “İmago Co” MMC həyata keçirəcək. Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 14 Avqust 2025, 08:04   
Seçilən
22
22
pravda.az

10Mənbələr