AZ

Polis Di Kaprionu tanımadı - üzərində axtarış apardı

BAKI, 14 avqust. TELEQRAF

İbizada tekila ziyafətində iştirak etmək istəyən Leonardo Di Kaprionu polis tanımayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.

Hadisə yerindən çəkilmiş kadrlarda 50 yaşlı aktyorun qara beysbol papağı və köynəkdə əlində telefon dayanıb, növbə gözlədiyi görünür. Mənbənin sözlərinə görə, məşhur aktyoru şəxsi villada təşkil olunan məclisə buraxılmazdan əvvəl iki dəfə yoxlamadan keçməli olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları digər məşhur qonaqlara da eyni cür davranıblar.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr