AZ

Onu ağır cəza gözləyir

Məşhur amerikalı atlet Fred Kerli antidopinq qaydalarını pozduğu üçün yarışlardan kənarlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə “Athletics Integrity Unit” məlumat yayıb.

Kerli son 12 ay ərzində üç dopinq testini buraxıb və öz mövqeyi barədə düzgün məlumat təqdim etməyib. Bu, qadağan olunmuş maddələrin qəbuluna bərabər sayılır.

30 yaşlı idmançıya günahı sübut olunarsa, 2 illik diskvalifikasiya oluna bilər. Kerli artıq bildirib ki, günahkar hesab olunarsa, qərara etiraz edəcək.

Seçilən
29
publika.az

1Mənbələr