AZ

“Roskomnadzor” “Telegram” və “WhatsApp”a zənglərə məhdudiyyətlərin qoyulduğunu elan edib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 14 avqust, AZƏRTAC

“Roskomnadzor” bildirib ki, Rusiyada “Telegram” və “WhatsApp”a zənglərin qismən məhdudlaşdırılmasına dair tədbirlər görülür.

AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, xidmətdə məhdudiyyətləri “cinayətkarlara qarşı mübarizə” kimi izah edilib. Rəqəmsal İnkişaf Nazirliyindən bildiriblər ki, messencerlər tələblərə və Rusiya qanunvericiliyinə əməl edərsə, zənglərə çıxış bərpa oluna bilər.

“Telegram” və “WhatsApp” xarici messencerləri aldatmaq və pulları qoparmaq, Rusiya vətəndaşlarını təxribat və terror fəaliyyətlərinə cəlb etmək üçün istifadə edilən əsas səs xidmətlərinə çevrilib”, - deyə “Roskomnadzor” iddia edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
1
azertag.az

3Mənbələr