ain.az, Oxu.az portalına istinadən məlumat verir.
1955-ci ildə Almaniyada anadan olan Brüs Uillis uşaqlıqda kəkələmə problemi yaşasa da, teatr səhnəsində bunu aşaraq aktyorluğa addım atıb.
1980-ci illərdə "Ay işığı" serialı ilə tanınıb, 1988-ci ildəki "Məğlubedilməz" filmi isə onu dünya ulduzuna çevirib. "Kriminal qiraət", "12 meymun", "Beşinci element", "Armageddon" və "Altıncı hiss" kimi filmlərlə zirvəyə yüksəlib.
İki dəfə ailə quran aktyorun beş qızı var. 2022-ci ildə ona afaziya (beyin zədəsi nəticəsində danışıq və anlama qabiliyyətinin zəifləməsi) diaqnozu qoyulub, 2023-cü ildə bu diaqnoz dəqiqləşdirilib. Bu səbəbdən o, səhnədən uzaqlaşaraq ailəsi ilə sakit həyat sürür.
Ətraflı Baku TV-nin süjetində:
Həyatının ən çətin rolunu oynayan Brüs Uillis: Sirli və maraqlı hekayə
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.