AZ

UEFA Superkubokunun qalibi müəyyənləşdi

Bu gün İtaliyada UEFA Superkuboku uğrunda oyun keçirilib.

Fanat.Az xəbər verir ki, qitənin ən güclüsünü müəyyənləşdirəcək qarşılaşmada Fransanın PSJ və İngiltərənin "Tottenhem" komandaları üz-üzə gəliblər.

Əsas vaxtı 2:2 bitən qarşılaşma penalti seriyalarına uzanıb.Burada daha dəqiq oynayan PSJ kuboku muzeyinə aparıb.

Udine şəhərindəki "Friuli" stadionunda baş tutacaq qarşılaşma Azərbaycan futbol ictimaiyyətini həm də ona görə maraqlandırırdı ki, oyunun hakimlərindən biri azərbaycanlı FIFA referisi Elçin Məsiyev olacaq. O, oyuna 4-cü hakim kimi təyinat almışdı.

Xatırladaq ki, PSJ 2024/2025 mövsümündə Çempionlar Liqasının, "Tottenhem" Avropa Liqasının qalibi olub. 

UEFA Superkuboku
13 avqust

23:00. PSJ (Fransa) - "Tottenhem" (İngiltərə) 2:2 (penaltilər 4:3)

Qollar: Li Kanq İn, 85. Qonçalo Ramoş, 90+4. - Miki van de Ven, 39. Kristian Romero, 48.
Hakimlər: Juan Pineyru, Brunu Jezuş, Lusianu Maya (hamısı Portuqaliya), Elçin Məsiyev (Azərbaycan). 
Udine. "Friuli" stadionu.

Seçilən
47
fanat.az

1Mənbələr