Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Mertsə Avropa və ABŞ arasında söhbəti təşkil etdiyi üçün təşəkkürünü bildirib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, Ukrayna lideri bu barədə Avropa liderləri və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə bu gün keçirilən onlayn konfransın nəticələrinə dair öz "Telegram" kanalında yazıb.
"Almaniya Kansleri Fridrix Mertsə bu gün xüsusi formatımızı - Avropa və Birləşmiş Ştatlar arasında söhbəti qəbul etdiyi üçün minnətdaram. Həqiqi sülhə doğru hərəkətdə koordinasiya olunmuş mövqelərə malik olmaq və bir-birimizə kömək etmək həmişə vacibdir. Biz hamımız Avropada avropalıların ləyaqətini və təhlükəsizliyini təmin edə biləcək əsas prinsipləri eyni şəkildə qəbul edirik. ABŞ ilə konstruktiv əməkdaşlıq edirik. Birgə addımlar hazırlayırıq
Ümidvaram ki, bu gün biz müharibəyə son qoymağa və təminatlı dinc gələcəyi qurmağa daha da yaxınlaşmışıq", - deyə Zelenski vurğulayıb.