AZ

”Mercedes”lə qırmızıdan keçən sürücü yolayrıcında motosiketçini vurub havaya uçurdu - VİDEO

“Yaxşı olar ki, Azərbaycan universitetlərində erməni dili tədris olunsun”. Avtosfer.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a Bakı Dövlət Universitetinin (BDU) Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, tanınmış ermənişünas İsmayıl Tanrıverdi bildirib. 

İsmayıl Tanrıverdinin sözlərinə görə, Azərbaycanda erməni dilinin tədrisi, BDU da daxil olmaqla, cəmi 4 universitetdə həyata keçirilir.

“Təəssüf ki, digər universitetlərdə erməni dili tədris olunmur. Maraqlanan şəxslər isə məcburiyyət qarşısında kurslara üz tuturlar. Ermənistanda Qafqaz dilləri geniş şəkildə öyrədilir, lakin Azərbaycanda erməni dilinin tədrisində müəyyən problemlər var. Bəzi universitetlərdə həm əlifba, həm də qrammatika eyni vaxtda qarışıq şəkildə keçirilir. Bu da tədrisin səmərəliliyini azaldır", - deyə İsmayıl Tanrıverdi vurğulayıb. Mərkəz direktoru BDU-da tətbiq olunan uğurlu tədris metodundan bəhs edərək qeyd edib ki, burada əvvəlcə erməni əlifbası, sonra isə qrammatika tədris olunur. Bu yanaşma BDU məzunlarının digər universitetlərdən olan məzunlara nisbətən daha uğurlu olmasına səbəb olur.

İsmayıl Tanrıverdi sentyabr ayınadək çox sayda müraciət aldığını və bu dillər üzrə kursların açılması təklifini irəli sürdüyünü də bildirib:

"Bu məsələ ağrılı yerimizdir. Yaxşı olar ki, erməni dili universitetlərdə tədris olunsun. Hətta bu dilin tədrisini universitetlərdə pullu əsaslarla da təşkil etmək olar. Bu, istəyən şəxslərin sistemli şəkildə biliklərini artırmasına kömək edər".

Mütəxəssis gələcəkdə Ermənistanda fəaliyyət göstərməsi gözlənilən səfirliklərdə işləmək üçün dil bilən kadrların hazırlanmasının vacibliyinə də toxunub. O, hazırda CBC kanalında çalışan və dil bilikləri olduqca yüksək olan kadrların bu sahəyə cəlb edilə biləcəyini də düşünür.

Seçilən
2
avtosfer.az

1Mənbələr