AZ

"Komanda şəklində daha yaxşısını edə bilirik" - Elmar Baxşıyev

“Oyun baxımından daha artığını gözləyirik. Komandamız fərqlidi".

"Football-plus.az" xəbər verir ki, bunu Kiprdə "Omoniya"ya qarşı Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

45 yaşlı mütəxəssisin sözlərinə görə, komandası doğma meydanda böyük hesabla məğlub olsa da, daha yaxşısını edə bilərlər:
"Sabah buna cəhd edəcəyik. Qarşımızdakı rəqib də təcrübəli, yaxşı təşkilatlanmış komandadı. Amma yaxşı nəticə qazanmaq üçün çalışacağıq. Hesabı kənara qoysaq, Bakıda istədiyimiz oyunu da göstərə bilmədik. Amma bunlar arxada qaldı. Komanda şəklində daha yaxşısını edə bilirik".

Baxşıyev bildirib ki, havanın temperaturu Bakı ilə demək olar, oxşardı:
"Rütubətlilik bir qədər çox hiss olunur. Amma bu, futbolçulara problem yaratmamalıdı”.

Qeyd edək ki, sabah GSP stadionunda keçiriləcək "Omoniya" - "Araz-Naxçıvan" matçı Bakı vaxtı ilə saat 21.00-da başlanacaq. Bakıdakı ilk matçda rəqib komanda qələbə qazanıb - 4:0.
Seçilən
43
1
football-plus.az

8Mənbələr