AZ

Roma Papası Putin və Trampın sammitindən gözləntilərdən danışıb

Roma Papası XIV Leo Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın Alyaskada keçirdiyi görüşdən Ukraynada atəşkəsə ümid etdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "Ansa" xəbər agentliyinə müsahibəsində deyib.

"Mən həmişə atəşkəsə, zorakılığa son qoyulmasına və nizamlanmaya ümid edirəm. Müharibə niyə bu qədər uzun müddətdir davam edir?",- deyə o vurğulayıb.

Seçilən
9
1
operativmm.az

2Mənbələr