Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəQəbələ rayonunun Duruca kəndində mürəkkəb relyefli dağlıq ərazidəbir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxilolub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhalFHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlbolunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, Bakı şəhərsakini olan 1959-cu il təvəllüdlü qadının dağlıq ərazidə yıxılaraqmüxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdəqaldığı müəyyən edilib.
Xilasedicilər çətin keçidli dağlıq ərazidə köməksiz vəziyyətdəqalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvilveriblər.