AZ

“Tottenhem” Savio ilə bağlı yeni cəhd edəcək

“Tottenhem” “Mançester Siti”nin vingeri Savionun heyətinə qatmaq istəyindən vaz keçməyib.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumatına görə, London klubu 21 yaşlı futbolçunun transferi üçün yaxın günlərdə yeni təklif irəli sürəcək.

Bir müddət əvvəl “Spurt”un göndərdiyi ilk təklif “şəhərlilər” tərəfindən rədd edilib. “Mançester Siti” futbolçunu yalnız 58 milyon avrobaşlayan təkliflərə satmağı planlaşdırır.

Braziliyalı futbolçu hazırkı klubundakı rolundan əmin deyil və “Tottenhem”də əsas heyət oyunçusu statusu qazanmaq şansının yüksək olduğunu düşünür.

Savio “Mançester Siti”nin heyətində 48 rəsmi matça çıxıb, 3 qol vurub və 13 qol ötürməsi edib.

Seçilən
11
90deqiqe.az

1Mənbələr