Məğlubedilməz UFC döyüşçüsü Həmzət Çimayev bu həftəsonu Çikaqoda (ABŞ) UFC 319 turnirində çıxışından əvvəl unikal hədiyyə alıb.
Publika.az xəbər verir ki, Çimayevə arxa tərəfində çeçen döyüşçünün təsviri olan xüsusi dəri gödəkçə hədiyyə edilib.
Bazar günü, avqustun 17-də Həmzət (14-0) cənubi afrikalı Drikus Dyu Plessisə (22-2) qarşı UFC-də orta çəkidə titul döyüşü keçirəcək.