Demokrat.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, keçirilən qarşılanma mərasimində protokola uyğun olaraq general-polkovnik Kərim Vəliyev və feldmarşal Asim Munir Fəxri Qarovulun qarşısından keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndirilib. Mərasimin sonunda şəhidlər abidəsinin önünə əklil qoyulub.
Səfər çərçivəsində Azərbaycanla Pakistan Müdafiə nazirlikləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Görüşün sonunda general-polkovnik K.Vəliyev feldmarşal Asim Muniri və Pakistan Ordusunun şəxsi heyətini "Müstəqillik günü" və "Haqqın qələbəsi" əməliyyatında əldə edilmiş uğur münasibəti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.
Sonra feldmarşal Asim Munirə Azərbaycan Müdafiə nazirinin əmri ilə verilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı təqdim olunub.
10Mənbələr
-
azadmedia.azPakistanın Quru Qoşunları komandanına Azərbaycanın hərbi medalı təqdim edilib » AzadMedia.az ( 20323428)
-
senzor.azAzərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda səfərdədir ( 20320467)
-
ayna.azAzərbaycanın Baş Qərargah rəisi Pakistana səfər edib ( 20317539)
-
demokrat.azKərim Vəliyev Pakistanda ( 20317449)
-
aznews.azAzərbaycanın Baş Qərargah rəisi Pakistana səfər edib ( 20316795)
-
demokrat.azKərim Vəliyev Pakistanda ( 20316333)
-
xezerxeber.azAzərbaycan Ordusunun Baş Qərargah rəisi PakistandaFOTOLAR ( 20315682)
-
azerbaijan-news.azAzərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistana səfər edib ( 20315031)
-
tribunainfo.azKərim Vəliyev Pakistanda – Fotolar ( 20314494)
-
far.azPakistanın Quru Qoşunları komandanına Azərbaycanın hərbi medalı təqdim edilib ( 20314431)