"Football-plus.az" xəbər verir ki, DÇ-1998-in qalibi istəyinə 2026-cı ildə çatacaq. Bunu RMC telekanalının jurnalisti Jilber Brisbua iddia edib. O, Zidanın gələn il keçiriləcək dünya çempionatından sonra Fransa yığmasını tərk edəcək Didye Deşamın yerini tutacağını bildirib:
“Deşam 2026-cı ildə yığmanı tərk edəcək. Onun yerini isə Zidan tutacaq. Artıq hər şey həll edilib. Nə gözəl xəbərdi!”
Deşam milli komandaya 2012-ci ildən başçılıq edir. Fransa onun başçılığı altında DÇ-2018-in və Millətlər Liqası-2022-nin qalibi olub. Komandanın AÇ-2016-da və DÇ-2022-də 2-ci yeri tutduğunu da qeyd edək.
53 yaşlı Zidan isə 2016-18-ci və 2019-21-ci illərdə “Real”a başçılıq edib. Bu komandanı iki dəfə İspaniya çempionatında, üç dəfə isə Çempionlar Liqasında qələbəyə daşıyıb.