20:44 13.08.2025
20:44 13.08.2025
İranlı zəvvarları daşıyan avtobus İraqda qəzaya uğrayıb.
Mynews.az xəbər verir ki, bu barədə “Azad Iran” Telegram kanalı İranın Fövqəladə Hallar İdarəsinə istinadən məlumat yayıb.
Qəza nəticəsində dörd nəfər həlak olub, 57 nəfər yaralanıb.
Qeyd olunub ki, qəza avtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində baş verib. İran Qızıl Aypara Cəmiyyəti yaralıların xəstəxanaya yerləşdirilməsi üçün hadisə yerinə 10 əməliyyat qrupu göndərib.