Ağ Ev Prezident Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürən dövlət və hökumət başçılarının siyahısını açıqlayıb.
Mynews.az xəbər verir ki, siyahıda Azərbaycan Prezidenti İlham Əliyev də yer alıb.
Namizədliyi dəstəkləyənlər arasında:
Prezident İlham Əliyev — Azərbaycan
Baş nazir Nikol Paşinyan — Ermənistan
Baş nazir Hun Mane — Kamboca
Prezident Brice Oliqui Nguema — Qabon
Baş nazir Benyamin Netanyahu — İsrail
Pakistan hökuməti
Xarici işlər naziri Olivier Nduhungirehe — Ruanda
Ağ Ev Trampın Nobel Sülh Mükafatına təqdim edilməsini onun qlobal sabitlik, diplomatiya və münaqişələrin həlli istiqamətində göstərdiyi təşəbbüslərlə əlaqələndirib.
Xatırladaq ki, Nobel Sülh Mükafatı qalibi bu ilin oktyabr ayında Norveçdə elan olunacaq və mükafat dekabrda Osloda təqdim ediləcək. Mükafata dünyanın müxtəlif ölkələrindən siyasətçilər, ictimai xadimlər və təşkilatlar namizəd göstərilib.