İqor Omelçenko qeyri-adi qərarı ilə problemə səbəbkar olub.
"Football-plus.az" xəbər verir ki, “Krivbass”ın qapıçısı Sloveniyadakı təlim-məşq toplanışında komandanın düşərgəsini tərk edib və Ukraynaya qayıtmayıb.
Klub futbolçu ilə əlaqə saxlayıb, lakin o, “Krivbas”a qayıtmaqdan imtina edir. “Krivbas” futbolçunun komandaya qaytarılması üçün bütün zəruri tədbirləri görməyə davam edir və bu məsələ ilə bağlı aidiyyəti orqanlarla əlaqə saxlayır. Klub vəziyyətlə bağlı Ukrayna Premyer-Liqasını da məlumatlandırıb. Futbolçunun klubla müqaviləsi hələ bir il müddətinə qüvvədə olacaq.
Omelçenko 19 yaşındadı və hazırda “Kryvbas” sistemində U-19 komandasında çıxış edir. Onun Ukraynadakı müharibəyə görə ölkəyə qayıtmadığı bildirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta