Bu gün “Palms Sports” Futbol Mərkəzində yenilənmiş “Neftçi” ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olan məşqə çıxdı.
Komandanın baş məşqçisi Samir Abasov da media önünə çıxdı.
- Hazırda bütün komanda yavaş-yavaş formasını tapır. Hədəf qoyulan komanda olsa da, hazırda ciddi problem yaşanmır və bütün dəyişikliklərə uyğunlaşmaq mümkündü. Hər futbolçunun uyğunlaşma müddəti fərqli ola bilər. Bəziləri prosesi daha tez keçərkən, bəziləri bir qədər daha çox zamana ehtiyac duyur. Bununla belə, riskli vəziyyət yoxdu. Heyətə qatdığımız futbolçular yüksək keyfiyyətə malikdi və komandamızın səviyyəsini artıracaq. İnanıram ki, onlar gücümüzə güc qatacaq və qarşıdakı mövsümdə uğurlarımızı artıracaqlar. Biz adımıza görə oynayacağıq. Bu templə getsək və bu həvəslə, hər şeyi dərk edərək oynasaq, istəyimizə çatacağıq. Digər komandalarla müqayisə aparanda görürük ki, problem yaşaya biləcək vəziyyətdə olan bizik. Həddən artıq dəyişikliklər etdik. Demək olar ki, bütün komandanı dəyişdik. Bu da əlbəttə, təsirsiz ötüşməyəcək. Ümid edirik ki, hər şey yaxşı olacaq. Kimsə uyğunlaşma dövrünü tez keçə bilər, kimsə yubana bilər. Bu baxımdan risk zonasındayıq. Gətirdiyimiz futbolçular keyfiyyətli və səviyyəlidilər. İnanıram ki, gücümüzə güc qatacaqlar. Şamaxıda üç komandanın oynaması? Bəli, çox narahat edir. İkinci turda Şamaxıya gedəcəyik. Süni örtüklü meydançalar ideal vəziyyətdə deyil. Hətta deyərdim ki, bərbad vəziyyətdədi. Həmişə belə meydançalarda oynayanda iki-üç futbolçu sıradan çıxır. Əlbəttə, qorxuruq. Amma edə biləcək bir şeyimiz yoxdu. Oynamağa məcburuq. Transfer işlərimiz hələ də davam edir. Tək müdafiənin mərkəzinə yox, digər mövqelərə də baxırıq. Bizdə struktur elə qurulub ki, transferlə bağlı daim iş gedir. Axtarışdayıq, danışırıq. Görək, nə olur. 2020/21 mövsümündəki heyət, yoxsa bu heyət? Çətin sualdı. Bu heyətlə ən yaxşısını etmək üçün vuruşacağıq. Qapı xəttində də yaxşı rəqabət yarada bilmişik. Emil Balayev təcrübəlidi, millinin üzvü olub. Həmçinin Rza Cəfərov bu gün millinin əsas qapıçısıdı. Yeni transfer etdiyimiz Kənan Piriç də yaxşı qolkiperdi. Kimin davamlı heyətdə olacağını çempionat göstərəcək. İmad Farajın durumu? Onu transfer edəndə hansı vəziyyətdə olduğunu bilirdik. Yüngül zədəsi var idi. Bizə Polşada qoşuldu. Artıq indi tam məşq edə biləcək formadadı. Qarşıdakı oyunlarda onu meydanda görəcəyik. Kapitanın kim olacağını “Şamaxı” ilə oyunda görəcəksiz”.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta