AZ

Zelenski: Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərini dəstəkləyir

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllindən sonra Kiyevə təhlükəsizlik zəmanətinin verilməsini dəstəkləyir.

“Report” “The Telegraph”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidento Volodimir Zelenski Berlində Avropa liderləri və Trampın iştirakı ilə onlayn konfransdan sonra Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Təhlükəsizlik təminatları olmalıdır. Prezident Tramp bunu dəstəklədiyini və bu işdə iştirak etməyə hazır olduğunu söylədi”, - Zelenski bildirib.

Nəşr qeyd edir ki, təhlükəsizlik təminatları Kiyevin əsas tələbi olsa da, son aylarda Vaşinqton Ukrayna üçün təminatları müzakirə etməyib, ona görə də Zelenskinin ABŞ-nin zəmanətlərini, yoxsa Avropanın “istəklilər koalisiyasını” nəzərdə tutduğu hələ aydın deyil.

Avropa liderlərinin razılaşdığı və ABŞ Prezidentinə telefon danışığında təqdim etdiyi beş prinsipdən danışan Zelenski Ukraynanın bütün danışıqlara qatılmalı, atəşkəsin başlanğıc nöqtəsi olmalı, ölkəsinə təhlükəsizlik zəmanəti verilməli olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, Rusiyanın Ukraynanın NATO-ya daxil olmasına veto qoymaq hüququ olmamalıdır və Rusiyaya birgə təzyiq lazımdır.

Seçilən
7
1
report.az

2Mənbələr