12 avqust – Xəzər dənizinin ətraf mühitinina mühafizəsi günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı, Qırmızı Ürəklər Fondunun və Kapital Bank-ın təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı” Həmrəylik Marafonunun növbəti mərhələsi Lənkəranda baş tutub.
Ekologiya.az bildirir ki, aksiya çərçivəsində Xəzər dənizinin sahil zolağında genişmiqyaslı təmizlik işləri aparılıb və ümumilikdə 700 kiloqramdan artıq tullantı toplanaraq aidiyyəti üzrə təhvil verilib. Aksiyaya Kapital Bank-ın Lənkəran-Astara iqtisadi rayonunu əhatə edən filiallarının əməkdaşları, Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri və könüllülər qoşulub.
Marafonun məqsədi cəmiyyətdə ətraf mühitin qorunmasının və təmiz saxlanmasının vacibliyini təbliğ etmək, eyni zamanda sahilyanı bölgələrin ekoloji vəziyyətinə diqqət çəkməkdir.