Öz aramızdı, Mahir Emrelinin klub seçmək baxımından bəxti heç gətirmir.
O, yayda “Nürnberq”dən “Kayzerslautern”ə keçəndə 1-ci bundesliqaya bir addım da yaxınlaşdığını düşündük. Amma 2-ci bundesliqada ilk iki tur geridə qalsa da, həmvətənimizlə bağlı ümidverici siqnallar yoxdu. Bu yöndə yeganə müsbət məqam hücumçunun sabiq klubu “Nürnberq”in hələ də xal üzünə həsrət qalması fonunda“qırmızi iblislər”in “Şalke-04”ü məğlub etməsi və mövsümdə ilk qələbəsini qazanmasıdı (1:0). Ancaq Mahirlə bağlı yeganıə narahatlıq qol vurmamasıyla bağlı deyil.
Birincisi, Emreli hər iki matçda start heyətində olsa da, debüt oyununda 65, ikinci matçda 72 dəqiqə meydanda olub. Bu o deməkdi ki, baş məşqçi Torsten Liberknext ona əvvəldən sonadək güvənmir.
İkinci və daha əsas məsələ isə Mahirə öz mövqeyində - hücumun sivri ucunda şans verilməməsidi. Axı Mahir məhz mərkəz hücumçusu olanda qarşısıalınmaz tornadoya, rəqib müdafiəçilərinin qorxulu yuxusuna çevrilir. Hər halda, onun ötən mövsümün sonunda “Nürnberq”də göstərdiyi şou yadımızdadı. Liberknext Mahiri ilk oyunda “10 nömrə”, ikincidə dayaq yarımmüdaifəçisi mövqeyində meydana buraxıb və böyük səhvə yol verib.
Bunun nəticəsidi ki, təhlükəli vəziyyətlərdə Mahirə rast gəlmirik. Nə oyunların ən önəmli məqamlarını özündə əks etdirən videoicmallarda var, nə də Almaniyanın “Bild” və “Kicker” kimi tanınmış nəşrlərinin reportajlarında.
Kəsəsi, Liberknext ən qısa müddətdə Mahiri “evinə qaytarmalıdı”! Yoxsa nə həmyerlimizin ulduzu parlayacaq, nə də “Kayzerslautern”in 1-ci bundesliqa arzusu çin olacaq...
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta