AZ

Tullantılar haqqında qanunvericiliyin pozulması hansı növ məsuliyyətə səbəb olur?

“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər intizam, inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar.

“Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.4, 234.0.5, 244, 266-cı və s. maddələri ilə inzibati məsuliyyət nəzərdə tutulub.

“Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 248, 252-ci maddələrinə əsasən cinayət məsuliyyəti nəzərdə tutulub.

 “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması nəticəsində insan sağlamlığına və ya ətraf mühitə maddi ziyan vurularsa Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq mülki məsuliyyət yarana bilər.


Seçilən
1
ekologiya.az

1Mənbələr