AZ

"Sizi əmin edə bilərəm ki..." - "Levski"nin baş məşqçisi söz verdi

"Levski" sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Sabah"ın qonağı olacaq.

"Football-plus.az" xəbər verir ki, Bolqarıstan təmsilçisinin baş məşqçisi Xulio Velaskes oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Georgi Kostadinov sabahkı oyunda meydana çıxacaq?
- Son məşqlərdə özünü yaxşı tərəfdən göstərib. Amma dəqiq söz deyə bilmərəm. Meydana çıxa da bilər, çıxmaya da.

- Cavab matçından gözləntiləriniz necədi?
- İlk oyunda son saniyələrdə vurduğumuz qolla qələbə qazandıq. Amma bu, arxayın olmaq üçün səbəb deyil. Düşünürəm ki, komandam yaxşı vəziyyətdədi. Evdə olduğu kimi, səfərdə də qələbə qazanmağa çalışacağıq. O başqa məsələ ki, "Sabah"ın heyətində hər mövqedə çox bacarıqlı və keyfiyyətli futbolçular var.

- "Levski" inamlı müdafiə xəttiylə seçilən komandalardandı. Bu, nəylə əlaqədardı? Sabah qol buraxacağınızı düşünürsüzmü?
- Əvvəlki oyunları düşünmürük. Əsas prioritetimiz müdafiə xətti deyil. Məqsəd topu rəqibə verməmək, ardıcıl hücumlarla qarşı tərəfi müdafiə olunmağa məcbur etməkdi. Sizi əmin edə bilərəm ki, sabah baxımlı və dinamik oyun izləyəcəksiz.

- "Sabah"ı keçə bilməsəz, normal qarşılayacaqsız, yoxsa faciə sayassız?
- Oyuna köklənmişik. Başqa nəticə haqda düşünmürük. Qələbə qazanacağımıza inanırıq.

- Komandanız əlavə vaxta və penaltilər seriyasına hazırdı?
- Bəli, hazırıq. Əvvəlki oyunlara əsasən bu yöndə təcrübəmiz var. Amma cütün taleyini əsas vaxtda həll etməyə çalışacağıq.

KƏNAN BAHADIR

Seçilən
15
1
football-plus.az

2Mənbələr