Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında görüş Alyaskanın Ankoricdəki Elmendorf-Richardson Hərbi Hava Qüvvələri bazasında baş tutacaq.
Ölkə.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livit görüşü Tramp üçün “dinləmə məşqi” adlandırıb.
O əlavə edib ki, görüş Trampa Putinin planlarını daha yaxşı anlamağa imkan verəcək.
Livit onu da qeyd edib ki, görüş zamanı prezident Tramp əsas diqqətini Ukraynaya yönəltmək niyyətindədir.
Mürtəza