AZ

Şamaxıda qəza zamanı maşın aşıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

ain.az, Apa.az saytına istinadən bildirir.

Şamaxıda ağır avtomobili qəzası baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, bu gün günorta saatlarında Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə, nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də, 3-ü azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başladılıb, araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
14
apa.az

10Mənbələr