AZ

Bu ölkədə 17 biznesmen müəmmalı şəkildə ölüb

Rusiyada ən böyük korporasiyaların rəhbərləri arasında müəmmalı ölümlər davam edir. Növbəti itki barədə xəbər avqustun 13-də yayılıb. Dünyada aparıcı kalium gübrəsi istehsalçılarından biri olan “Uralkali” şirkətinin Direktorlar Şurasının sədri Dmitri Osipov 59 yaşında vəfat edib.

Heftelik.az-ın məlumatına görə,  “İnterfaks“ onun ölümünü xəbər versə də, ölüm səbəbini açıqlamayıb.

Bu, son günlərdə baş verən ilk oxşar hadisə deyil. 10 avqustda Rusiya KİV ölkənin ən böyük inşaat şirkəti olan “Samolyot” qrupunun qurucusu və əsas səhmdarı Mixail Keninin ölümünü xəbər verib. Keni 57 yaşında dünyasını dəyişib və yenə də ölüm şəraiti barədə heç bir açıqlama verilməyib.

“The Moscow Times”ın hesablamalarına görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından bəri son üç yarım il ərzində müəmmalı şəraitdə azı 17 böyük şirkət top-meneceri ölüb.

2024-cü ilin mart ayında isə “Lukoil” şirkətinin 54 yaşlı vitse-prezidenti Vitali Robertus qəfil vəfat edib. Şirkət təfərrüatları açıqlamasa da, KİV-lərdə onun meyitinin Sretenka bulvarındakı kabinetində asılmış vəziyyətdə tapıldığı barədə xəbərlər yayılıb.

Seçilən
6
1
heftelik.az

2Mənbələr