AZ

"Levski"nin baş məşqçisi: "Sabah"la cavab matçında uğurlu seriyanı davam etdirmək istəyirik"

"Levski" "Sabah"la oyunda uğurlu seriyanı davam etdirmək istəyir.

"Report"un məlumatına görə, bunu Bolqarıstanın "Levski" komandasının baş məşqçisi Xulio Velaskes "Sabah"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Bakıya qələbə üçün gəldiklərini söyləyib:

"İlk oyunda son dəqiqə qolu ilə qələbə qazandıq. Rəqibə hörmətlə yanaşırıq. Çətin görüş olacaq. Qələbə seriyamızı davam etdirmək istıyirik. "Sabah" yaxşı komandadır. Heyətlərində keyfiyyətli futbolçular var".

Qeyd edək ki, "Sabah" - "Levski" görüşü avqustun 14-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. Bolqarıstanda baş tutan ilk qarşılaşmada meydan sahibləri bir cavabsız qolla qalib gəlib.

Seçilən
18
9
report.az

10Mənbələr