AZ

Dortmundda vida matçına çıxdı

Mats Hummels “Borussiya” ilə rəsmən vidalaşıb. O, Dortmund klubunda vida matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, 36 yaşlı Mats “Borussiya”nın forması ilə “Yuventus”la yoldaşlıq görüşündə (1:2) iştirak edib. Almaniyalı müdafiəçi kapitanlıq sarğısı ilə start heyətdə meydana daxil olub. O, cəmi 18 dəqiqədən sonra yerini Niklas Züleyə verib.

Hummels 2008-16-cı illərdə “Borussiya”da çıxış edib. Sonra “Bavariya”da 3 mövsüm keçirdikdən sonra 2019-cu ildə Dortmunda qayıdıb. Mats 2024-cü ilin sentyabrında “Borussiya”dan ayrılaraq “Roma”ya yollanıb və yenidən kluba qayıdıb.

Hummelsin Almaniya yığması ilə DÇ-2014-ün qalibi olduğunu da yada salaq.

Seçilən
2
3
football-plus.az

6Mənbələr