ain.az bildirir, Ayna saytına əsaslanaraq.
Mi-14 helikopterləri təmir və modernləşdirmə tələb etsə də, sonrakı istismar üçün yararlıdır
Polşa Ukraynaya istismardan çıxarılan SSRİ istehsalı olan Mi-14PL amfibiya helikopterlərini verə bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “Defence24” internet portalı məlumat yayıb.
Məlumata görə, Polşa ordusu tərəfindən bu helikopterlərin istismarı avqustun 15-dən sonra Baltik dənizi sahilində Polşa Ordusu Günü münasibətilə keçiriləcək hərbi paradda iştirak edəcəkləri zaman dayandırılacaq.
İstismardan çıxarılan Mi-14-lər Varşavanın 2023-cü ildə 428 milyon dollara aldığı “AgustaWestland AW101” helikopterləri ilə əvəzlənəcək.
“Defence24” yazır ki, Mi-14 helikopterləri təmir və modernləşdirmə tələb etsə də, sonrakı istismar üçün yararlıdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.