AZ

Paşinyan Avrasiya İqtisadi İttifaqının iclasında iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan 15 avqustda Qırğızıstanda keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək.

Gundem.az xəbər verir ki, bununla bağlı məlumatı erməni mediasına baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan bildirib.

Onun sözlərinə görə, Paşinyan 12–15 avqust tarixlərində məzuniyyətdə olacaq.

İclasda Ermənistanı Baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.

İclasda Aİİ çərçivəsində birja əqdlərinin inkişaf proqramı, üzv dövlətlərin 2024-2026-cı illər üçün nəqliyyat siyasəti, dərman və tibbi avadanlıqların ümumi bazarının inkişaf konsepsiyası və digər məsələlər müzakirə olunacaq.

Seçilən
41
1
gundem.az

10Mənbələr