AZ

Türkiyə ilə Suriya arasında müdafiə sahəsində əməkdaşlıq razılaşdırılıb

Türkiyə və Suriya müdafiə sektorunda təlim və məsləhətləşmələr sahəsində əməkdaşlıq haqqında razılıq əldə ediblər.

Türkiyənin Milli Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, müvafiq Anlaşma Memorandumu çərşənbə günü, avqustun 13-də Ankarada Türkiyənin müdafiə naziri Yaşar Gülerin və Suriyanın müdafiə naziri Murhaf Əbu Kasranın iştirak etdiyi mərasimdə imzalanıb.

 

Suriya Müdafiə Nazirliyinin rəhbəri xarici işlər naziri Əsəd Həsən əl-Şibani və Baş Kəşfiyyat İdarəsinin rəisi Hüseyn əl-Selemin də daxil olduğu rəsmi nümayəndə heyətinin tərkibində Ankaradadır.

Görüş iştirakçıları ikitərəfli əlaqələri, həmçinin regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Seçilən
35
5
day.az

8Mənbələr