100-ə yaxın miqrantı daşıyan gəmi İtaliya sahillərində çevrilib.
APA Euronews-ə istinadən xəbər verir ki, nəticədə 20 nəfər həyatını itirib, itkin düşənlər var.
60 nəfər isə xilas edilib.
Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2014-cü ildən bəri Aralıq dənizinin mərkəzi hissəsində 25.260 nəfərdən çox miqrant həlak olub və ya itkin düşüb.