
Gürcüstan və Türkiyə birgə polis əməliyyatı keçirib. Əməliyyat zamanı son 5 ildə İnterpolun “qırmızı” sirkulyarlarına əsasən Türkiyə tərəfindən axtarışda olan 12 nəfər saxlanılıb.
Reyting.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, son 24 saat ərzində saxlanılan 12 nəfərdən 8-i İnterpolun orderi verilənə qədər, 4-ü isə qeyri-qanuni yollarla Gürcüstana daxil olub.
Məlumata görə, saxlanılanlar arasında ağır və xüsusilə ağır cinayətlər, o cümlədən, qəsdən adamöldürmə və quldurluqda ittiham olunan şəxslər də var.
Axtarış zamanı saxlanılanlardan birinin üzərində odlu silah və döyüş sursatı aşkar edilib.
V. KAMAL