AZ

Türkiyə şirkəti təyyarədə bu cihaza qadağa qoydu

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Türkiyənin “AJet” aviasiya şirkəti uçuş zamanı təyyarələrdə daşınan enerji yığan cihazların (“powerbank”) istifadəsini qadağan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qərar Türkiyənin Mülki Aviasiya Baş İdarəsinin (SHGM) tövsiyəsinə əsasən qəbul edilib.

Qərara görə, tutumu 100 vat/saata qədər olan litium batareyalı “powerbank”lar, elektron siqarətlər və ehtiyat batareyalar yalnız əl yükündə daşına biləcək, lakin uçuş zamanı işlədilməyəcək. 100-160 vat/saat tutumlu batareyalar üçün aviaşirkətdən xüsusi icazə alınacaq. 160 vat/saatdan artıq tutuma malik batareyalar isə sərnişin baqajında daşınmayacaq, yalnız müəyyən şərtlərlə yük kimi qəbul ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
7
globalinfo.az

8Mənbələr