AZ

Azərbaycan dünya çempionatına 15 cüdoçu ilə qatılacaq

Avqustun 27–31-də Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında dünya çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, yığmamız 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil olunacaq

Turnirin son günündə qarışıq komanda yarışında da cüdoçularımız tatamiyə çıxacaqlar.

Məşqçilər korpusu heyətə Gülşən Hüseynova, Xədicə Abdullayeva (hər ikisi 44 kq), Nərmin Ağamirzəzadə, Leyla Ələkbərova (hər iksi 48 kq), Aysun Məmmədova (52 kq), Səmayə Yusifli (57 kq), Məsumə Məmmədli (70 kq), Anar Quliyev, Rza Xəlilli (hər ikisi 50 kq), Rəsul Əlizadə, Məhəmmədəli Hüsiyev (hər ikisi 55 kq), Zeyd Ələsgərov, Röyal Qayıbov (hər ikisi 60 kq), Məhəmməd Ağakişiyev (73 kq) və Sübhan Axundovu (+90 kq) daxil ediblər.

Qarışıq komanda yarışında isə ölkəmizi 81 kq çəkidə Amin Mehdiyev təmsil edəcək.

Qeyd edək ki, dünya çempionatında 75 ölkədən 593 idmançı (313 oğlan, 280 qız) mübarizə aparacaq.

Seçilən
7
5
football-plus.az

10Mənbələr