2024-cü ildə Azərbaycanda hamiləlik dövründə və doğuş zamanı 29 nəfər ölüb. Bu, “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb.
2023-cü ildə isə 33 nəfər qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, hamiləlik zamanı və ya doğuşda yaranan fəsadlar ucbatından gündə 800 qadın həyatını itirir. Bu, 1990-ci illərlə müqayisədə aşağı göstərici olsa da, hələdə narahatedicidir.
Rəsmi məlumata görə, Azərbaycanda ana ölümləri əksər halda ekstragenital patologiya, qadınların vaxtında həkim müayinəsindən keçməməsi, vaxtında yoxlanılmaması səbəbindən baş verir.
Aytac Zeynalova