Ötən il Azərbaycanda 11 min 844 şəxs İnsanın immunçatışmazlığı virusunun (İVV) törətdiyi xəstəliklə tibb müəssisələrində qeydiyyatda olub.
"Report" xəbər verir ki, bu barədə “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində qeyd olunub.
Məlumata əsasən, 2023-cü ildə bu göstərici 10 min 692 nəfəri təşkil edib.