AZ

Süni intellekt müəllif hüquqlarını pozdu: Məhkəməyə verildi

Yaponiyanın ən məşhur qəzeti “Yomiuri Shimbun” ABŞ-da yerləşən “Perplexity” süni intellekt startapını müəllif hüquqlarını pozduğuna görə məhkəməyə verib.

Publika.az xəbər verir ki, şirkətin iddiasına görə, AI platforması istifadəçilərinə cavab vermək üçün icazəsiz məqalə və şəkillərdən istifadə edib.

Bildirilib ki, “Perplexity” 2025-ci ilin fevral və iyun ayları arasında qəzetin təxminən 120 min məqaləsinə daxil olub və onların məzmununu icazəsiz çoxaldıb.

Şirkət məzmunun istifadəsinin dayandırılmasını və 2,1 milyard yen (14,2 milyon dollar) təzminat ödəməsini tələb edərək, Tokio Rayon Məhkəməsində iddia qaldırıb.

Seçilən
28
3
publika.az

5Mənbələr