AZ

Ermənistanda bəyanat verildi: Ruslar çıxarılır, Bakı nəzarət edəcək

BAKI, 13 avqust. TELEQRAF

Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının çıxarılmasına hazırlıq gedir.

Teleqraf xəbər verir ki, bu barədə “Ana Ermənistan” Hərəkatının bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, prosesə Nikol Paşinyan hökuməti tərəfindən qəti dəstək var.

“Zəngəzur dəhlizini əldə etdikdən sonra rəqiblərimiz növbəti mərhələyə keçirlər: 102-ci hərbi bazanın çıxarılması prosesinə”, - hərəkat vurğulayıb.

Bəyanatda bildirilib ki, bundan sonra Ermənistana nəzarət tamamilə Türkiyə və Azərbaycana keçəcək.

Seçilən
65
9
teleqraf.com

10Mənbələr