ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Devid və Viktoriya Bekhem cütlüyünün oğlu Bruklin Bekham və Nikola Peltzin toy hadisəsi ətrafında qalmaqal bitmək bilmir.
Axşam.az xəbər verir ki, ötən həftə baş tutan toydan model görüntülər paylaşıb. Fotolar arasında valideynləri Nelson və Klaudiya Peltz, bacısı Brittani, Uill və Bredli qardaşları və digər yaxın qohumları var. Mərasimi şəxsən Nikolanın atası aparıb.
Bununla belə, bəyin valideynləri Devid və Viktoriya Bekhem bayram şənliyində olmayıblar. Bu haqda "Page Six" yazıb. Nəşrin məlumatına görə, onlar həmin vaxt Avropada istirahət ediblər. Bruklin valideynlərinin olmaması ilə bağlı şərh verməyib.
Uzun müddətdir ki, Bekhem ailəsində qarşıdurma yaşandığına dair şayiələr gəzir. Media Nikolanın Viktoriya ilə mübahisəsi, həmçinin cütlüyün Bruklin valideynləri ilə ünsiyyətini dayandırması barədə yazıb. Sevgililər Davidin 50 illik yubiley gecəsini qaçırdıqdan sonra yenidən dava-dalaş söhbəti başlayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.