AZ

Mərkəzi Bank Biləsuvarda vətəndaşlarla səyyar görüş keçirib

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bölgələrdə yaşayan və nəzarət subyektləri ilə narazılıqları yaranan maliyyə xidmətləri istehlakçılarının məmnuniyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə növbəti vətəndaşlarla görüş Biləsuvar rayonunda keçirilib.

AMB-dan AZƏRTAC-a bildirilib ki, görüşdə müraciətlərini şifahi şəkildə ünvanlayan vətəndaşlardan araşdırma üçün zəruri məlumatlar əldə olunub.

Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar görüşlərin keçirilməsi davam etdiriləcək.

Seçilən
29
2
azertag.az

3Mənbələr