AZ

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndidə fəaliyyətini bərpa edəcək (FOTO)

Bakı. Trend:

2025-ci il 11 avqust tarixində Azərbaycan Qızıl AyparaCəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyevin rəhbərliyilə, QACQarabağ Regional Mərkəzinin Koordinatoru Afaq Hüseynzadə vəTəchizat Sektorunun rəhbəri Samir Vasilkinin daxil olduğu nümayəndəheyəti Xankəndi şəhərinə səfər ediblər.

Bu barədə Trend-ə QAC-dan məlumat verilib.

Bildirilib ki, səfərin əsas məqsədi Cəmiyyətin fəaliyyətiniXankəndi şəhərində bərpa etməkdən ibarət olub.

Səfər müddətində AzQAC nümayəndə heyəti Xankəndi şəhərində,Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentininxüsusi nümayəndəsi Elçin Yusubov və İcraçı direktor Telman Kərimliilə görüşüb.

Qarşılıqlı anlaşma və səmərəli müzakirələrlə keçən görüşdəCəmiyyətin Xankəndidə fəaliyyəti üçün mövcud şəraitin qurulmasıgeniş müzakirə olunub.

Səfər müddətində AzQAC nümayəndə heyəti Xankəndi şəhərində,Qarabağ Univeristetinin rektoru Şahin Bayramovla da görüşüb.Görüşdə Cəmiyyətin Xankəndi Universitetində İlk Təşkilatınınyaradılması və onun fəaliyyəti üçün mövcud şəraitin qurulmasımüzakirə olunub.

Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
26
13
az.trend.az

10Mənbələr