AZ

Qvardiola "Real"ın ulduzunu "Siti"yə istəyir

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Real"ın yarımmüdafiəçisi Rodriqonun transferində şəxsən maraqlı tərəfdir.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Mənbənin sözlərinə görə, "şəhərlilər"in çalışdırıcısı 24 yaşlı braziliyalının transferində israr edir. Lakin anlaşma yalnız "Siti"dən braziliyalı vinger Savionun ayrılması halında baş tuta bilər. Onun transferində isə "Tottenhem" maraqlıdır.

Rodriqo 2019-cu ildən "Real"da çıxış edir. O, 270 matçda 68 qol vurub və 51 qol ötürməsi edib. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 90 milyon avro olaraq qiymətləndirir.

Seçilən
6
publika.az

1Mənbələr