AZ

Məmməd İsmayılın vəziyyəti ağırlaşdı - Qızından AÇIQLAMA

"Atam "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə yerləşdirilib. Nəfəsalmada problem yaşayırdı. Dünən ani olaraq vəziyyəti ağırlaşıb".

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a şair, professor Məmməd İsmayılın qızı İntizar İsmayıl məlumat verib.

O qeyd edib ki, M.İsmayılın indiki vəziyyəti stabildir:

"Bu, indiki vəziyyətidir, iki-üç saat sonra nə olacaq, bilmirəm. Biz inanırıq ki, yaxşı olacaq".

Xatırladaq ki, Məmməd İsmayılın sağlamlığındakı problemlərə görə Heydər Əliyev Fondu müalicəsini öz üzərinə götürüb.

Bizim.Media

Seçilən
33
1
bizim.media

2Mənbələr