AZ

Çanaqqala şəhər mərkəzində meşə yanğını - FOTO

Türkiyənin Çanaqqala bölgəsinin Dənizgöründü kəndi çöl sahəsində baş verən yanğınla 6 təyyarə və 5 helikopterlə havadan, 35 su maşını ilə isə yerdən mübarizə aparılır.

Qaziler.a TRT-Haber-ə istinadən bildirir ki, Dənizgöründü kəndi ətrafındakı meşəlik sahədə hələ məlum olmayan səbəblərdən yanğın baş verib.

Məlumatın ardından əraziyə Meşə Regional Müdirliyinə aid qruplar və təyyarələr göndərilib.

Külək səbəbindən böyüyən yanğının Elmacık və Karapınar kəndlərinə doğru getdiyi bildirilir.

Yanğınsöndürənlər alovla havadan və yerdən mübarizəni davam etdirir.

Vali Ömər Toraman, X  sosial media platformasında verdiyi açıqlamada, "Çanaqqala Mərkəz Rayonuna bağlı Dənizgöründü kəndi çöl sahəsində baş verən yanğınla 6 təyyarə və 5 vertolyotla havadan, 35 su maşını ilə isə yerdən mübarizə aparılır", - qeyd edib.

QAZİLER.AZ

Seçilən
61
26
qaziler.az

10Mənbələr