Cakomo Raspadori klubunu dəyişib. Neapolu tərk edən italiyalı futbolçu Madridə yollanıb.
"Football-plus.az" xəbər verir ki, “Atletiko” hücum xəttini onunla gücləndirib. Madrid klubu İtaliya yəğmasının üzvü üçün “Napoli”yə 22 milyon avro təzminat ödəyəcək. Müqavilədə 5 milyon avroluq bonus da nəzərdə tutulub. 25 yaşlı hücumçu yeni klubu ilə müddəti 2030-cu ilin yayına qədər razılaşdırılan müqavilə imzalanıb.
“Napoli”də 2022-ci ilin yayından çıxış edən Raspadori ötən mövsüm komandada 29 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta