AZ

Daşkəsən şəhərində abadlıq işləri üzrə tender elan edilib

Daşkəsən Rayon İcra Hakimiyyətinin şəhər nümayəndəliyi Daşkəsən şəhərinin küçələrində abadlıq işləri üzrə müsabiqə elan edib. Ümumi ehtimal olunan qiymət 158 541,26 AZN təşkil edir.

Finss.az xəbər verir ki, müsabiqə çərçivəsində sement məhlulu ilə tavalardan keramik örtüklərin düzəldilməsi, divar üstü mərmər şapka tətbiqiqabarit ölçüləri 100–200 mm olan çay daşlarından divar səthlərinin üzlənməsi işləri həyata keçiriləcək. Ümumilikdə müxtəlif sahələr üzrə abadlıq işləri metr kvadrat hesabı ilə ölçülən işlər əsasında planlaşdırılır.

Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılışı 4 sentyabr 2025-ci il, saat 17:00-da keçiriləcək. İştirak üçün 250 AZN iştirak haqqı25 AZN istifadə haqqı ödənilməlidir. Qeyd olunur ki, ödənişlər geri qaytarılmır.

Əlaqə üçün Baş mühasib Şahmalı Ələkbərov ilə əlaqə saxlamaq mümkündür.
E-poçt: [email protected], Telefon: +994 50 644 62 32

Fuad Mədətov
Finss.az

Seçilən
6
fins.az

1Mənbələr