AZ

“Şkendiya”nın qapıçısı: “Qarabağ” çox güclü komandadır MÜSAHİBƏ

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a 1:5 hesabı ilə məğlub olaraq turnirdəki mübarizəsini başa vuran Şimali Makedoniyanın “Şkendiya” klubunun qapıçısı Babukarr Qeye AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:

– Matçla bağlı ümumi fikirləriniz necədir?

– Dürüst olmaq lazımdır, “Qarabağ” çox güclü komandadır. Xüsusən də ilk hissədə etdiyimiz sadə səhvlər oyunun taleyini həll etdi. Həmin hissəni uduzduq, ikinci yarı isə bir az daha sabit keçdi. Amma planlaşdırdığımız oyunu göstərə bilmədik. Rəqib isə yüksək səviyyədə çıxış etdi. Hesab hər şeyi deyir.

– “Qarabağ”ın oyununda sizi ən çox təəccübləndirən məqam nə oldu?

– Məni ən çox təəccübləndirən məqam “Qarabağ”dakı komanda oyunu və nizam-intizam oldu. Hər mövqedə balanslı idilər, imkan yarandıqda isə fürsəti qola çevirirdilər. Bu, böyük klublara xas xüsusiyyətdir.

– Şəxsi performansınızı necə qiymətləndirirsiniz?

– Əlimdən gələni etdim, amma “Qarabağ” kimi güclü rəqibə qarşı bəzən bu da kifayət etmir. Əsas odur ki, bu matçdan dərs çıxaraq daha da güclənək.

– Bakıdakı futbol atmosferi barədə nə düşünürsünüz?

– Stadionda ab-hava möhtəşəm idi. Həm matçdan öncə, həm də oyun ərzində azarkeşlərin səsi və enerjisi fərqli atmosfer yaradırdı. Belə stadionda və bu cür fanatlar önündə oynamaq xüsusi təcrübədir.

– “Qarabağ”la oyun sizə nə qazandırdı?

– Bu oyun bizim üçün turnirdəki son matç olsa da, yaddaqalan təcrübə yaşadıq. Komandamla fəxr edirəm və inanıram ki, gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyik.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
azertag.az

2Mənbələr